Hikmət Hacıyev və Ceyhun Bayramov Orxan Əsgərovun yas mərasimində iştirak etdi – FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı həlak olan Orxan Əsgərovun yas mərasimində iştirak edib.

Globalinfo.az xəbər verir ki, Hikmət Hacıyev və Ceyhun Bayramov mərhumun ailəsinə başsağlığı diləklərini çatdırıblar.