98a7b2e6 633c 424e b5a3 1d171a1963dd 08 04 2024 18 10 32

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ukraynalı diplomat “X” hesabında paylaşım edib.

“Prezidentin köməkçisi Hikmət Hacıyevlə işgüzar görüşlər təkcə ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə etmək və həll etmək imkanı deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığını konkret addımlar və iddialı layihələrlə gücləndirmək üçün səmimi qarşılıqlı istəkdir”, – Ukrayna səfiri bildirib.
98a7b2e6 633c 424e b5a3 1d171a1963dd 08 04 2024 18 10 32 1

Paylaş: