Hikmət Hacıyev: “Qarabağ ermənilərinə mesaj göndərmişik”

Almaniyaya bağlı “politico.eu” saytına açıqlama verən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “məqsədin hərbi infrastrukturu zərərsizləşdirmək olduğunu” deyib və əlavə edib ki, yerli erməni əhalisinə “terrorizmlə mübarizə tədbirləri” barədə xəbərdarlıq edən SMS-mesajlar göndərilib.

“Onlardan qanuni hərbi hədəflərdən uzaq durmaq xahiş (tələb) olunub”, – Hikmət Hacıyev bildirib.

https://www.politico.eu/article/azerbaijan-launch-anti-terror-operation-nagorno-karabakh-armenia/

Elbəyi Həsənli, Sürix
Globalinfo.az