Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə nələri müzakirə edib?

“Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə bu yaxınlarda keçirdiyim görüşdə Qəzza regionunda baş verən son hadisələri və ikitərəfli əlaqələri nəzərdən keçirdik”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi X platformasındakı hesabında paylaşım edib.

Səfir bildirib ki, görüşdə iki qonşu dövlət arasında münasibətlərdə yeni fəsil açılmasının vacibliyi vurğunıb.