Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minaların törətdiyi təhlükəyə diqqət çəkib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, paylaşımında minaları “səssiz ölüm” adlandıran Hikmət Hacıyev bu məsələdə məsuliyyəti bilavasitə rəsmi İrəvanın daşıdığını qeyd edib:
“Ermənistan Cənubi Qafqazda nəhəng mina istehsalçısı olaraq qalmaqda davam edir”.














