Hikmət Hacıyev Cahit Bağçı ilə görüşdü – FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Cahit Bağçı özünün Tvitter hesabında paylaşım edib.

Səfir görüş zamanı Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində əlaqələrin inkişafından və regional məsələlərdən danışdıqlarını qeyd edib.