1685362336 926979 hikmet

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yalan paylaşımını ifşa edib.

Globalinfo.az xəbər verir ki, Ararat Mirzoyan Tvitter hesabında “Qarabağdakı humanitar vəziyyət” səbəbi ilə öldüyünü iddia etdiyi azyaşlıların fotosunu paylaşıb.

Hikmət Hacıyev cavabında Ermənistanın faktları yoxlamadan rəsmi səviyyədə yalan və dezinformasiya yaydığını bildirib:

“Ermənistanın xarici işlər naziri rəsmi səviyyədə yalan və dezinformasiya yayanda faktların yoxlanılmasına və miflərin ifşasına ehtiyac var. Yerli polis valideynlərinin nəzarətsizliyi səbəbi ilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxuda ikən vəfat etdiyini təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil”, – Hikmət Hacıyev qeyd edib.


F07ZUzaXgAE0VNS

F07ZVicWIAMK6qI

Paylaş: