Mülki obyektlərə zərbə endirilmədi – Hikmət Hacıyev

Azərbaycan hər zaman beynəlxalq tərəfdaşlar önündə bildirib ki, Qarabağ ərazisində 10 minə yaxın hərbçi, eyni zamanda tanklar, artilleriya qurğuları və digər elementlər regional sülhə təhdiddir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, dünən mina partlaması nəticəsində şəhid olan polis zabitləri və mülki vətəndaşları həlak olub ki, bu da məhdud antiterror tədbirləri həyata keçirilməsinə məcbur etdi: “Mahiyyət etibarilə məhdud həyata keçirilən tədbirlərdə Azərbaycan tərəfi nümayiş etdirdi ki, konkret və selektiv olaraq heç bir şəkildə mülki obyektlərə zərbə endirmədi”.