ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş Kamalə Harris seçkiqabağı kampaniyası zamanı ironiya ilə Rusiya lideri Vladimir Putinin Trampı “yeyəcəyi” haqda fikir səsləndirib.
Globalinfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Harrisin səsləndirdiyi bu fikirlərə reaksiya verib.
Peskov Kamala Harrisin seçkiqabağı bəyanatı ilə razılaşmayıb.
“Putin insanları yemir”, – deyə Peskov vurğulayıb.
Xatırladaq ki, ABŞ-da keçirilən prezident seçkilərində ölkənin sabiq prezidenti, Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib. Rəsmi nəticələr hələlik ictimaiyyətə açıqlanmayıb. Bununla belə, respublikaçıların ABŞ Senatına da nəzarəti ələ keçirdikləri haqda məlumatlar yayılıb. Onların ABŞ Konqresinin Nümayəndələr Palatasında da çoxluq təşkil edəcəyi gözlənilir.
Müşviq Tofiqoğlu
Globalinfo.az