“ABŞ-da keçiriləcək seçkilər dünyanın diqqətindədir. Çünki nəticələri dünyanın hər yerində hiss edilir. Builki prezident seçkiləri həm namizədlərin prinsipiallığı, həm də aparılan kampaniyalar baxımından seçilir”.
Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, namizədlər hazırda bir-birini ciddi şəkildə tənqid və təhqir edir. Bu da seçkinin gərginliyini göstərən digər faktordur:
“İndidən hansı namizədin qələbə qazancağını demək çətindir. D.Tramp vaxtilə C.Baydeni 15 faiz üstələyirdi. Lakin Baydenin seçkidən çəkilməsi və Harrisin namizədliyini irəli sürməsi fonunda proseslər əsaslı sürətdə dəyişdi. Avqust ayından başlanan proseslə Harris Trampı üstələyə bildi.
Hazırda namizədlər arasında rəqabət geniş olsa da, səs nisbətləri qismən bərabərdir. Tramp iki faiz səslə öndədir, amma bu, qələbə üçün kifayət etmir. Hər şey seçki günü bəlli olacaq.
Harris qalib gələrsə, Bayden administrasiyasının siyasətini davam etdirəcək. Yəni Yaxın Şərq və Ukrayna-Rusiya münaqişəsi əvvəlki kimi davam edəcək. Bu administrasiyanın hakimiyyətdə qalması Cənubi Qafqazda da gərinliklərə səbəb olacaq. Son 4 ildir biz Bayden administrasiyasının Ermənistanı dəstəklənməsinin, müharibəyə təşviq etdiyinin şahidi oluruq.
Trampa gəldikdə isə o özündən öncəki prezidentlərdən çox seçilir. Yəni dəyişikliyə meyilli və daha milli şəxsdir. Bununla belə, onun ABŞ-ın qlobal siyasətində dəyişiklik etməsi inandırıcı deyil”.
Turan Rzayev