Gürcü Arzusu Partiyası Gürcüstanda iğtişaşlar hazırlandığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bunu hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
O bildirib ki, dekabrın 16-da Gürcüstanda iğtişaşlar planlaşdırılıb.
“Bu, Avropa Komissiyasının Gürcüstanla bağlı danışıqlara başlamaqdan imtina etməsi fonunda baş verməli idi. Amma biz öz qərarımızla bu planları alt-üst etdik”, – deyə Mdinaradze vurğulayıb.
Xatırladaq ki, dünən gecə saatlarında Tbilisi və Gürcüstanın digər şəhərlərində etirazçılarla polis arasında toqquşmalara səbəb olan iğtişaşlar baş verib. Etirazlara prezident Salome Zurabişvili də qoşulub.
Müşviq Tofiqoğlu
Globalinfo.az