Gürcüstanda iqtidarın xarici agentlər haqqında qanunu təsdiqləməsindən sonra müxalifət aktiv addımlara keçib.
Globalinfo.az xəbər verir ki, Gürcüstanın tərəfdaşı olan ölkələrin səfirləri ana müxalifət sayılan Vahid Milli Hərəkat Partiyasının mərkəzi ofisinə toplaşmağa başlayıblar. Onlar partiyanın sədri Levan Xabeişvili və digər partiyaların üzvləri ilə görüşüblər. Xabeişvili görüşdə 1 iyunda partiyanın parlamentinə hücum olduğunu və bunu pislədiklərini deyib.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller isə Vaşinqtonun xarici agentlər haqqında qanunun Gürcüstanda qəbulundan narahat olduğunu deyib. O bununla Gürcüstan hökumətinin ABŞ-la münasibətlərini köklü şəkildə dəyişdiyini bildirib:
“Biz qanunun Gürcüstanı demokratik yoldan çıxaracağı, ifadə azadlığını məhdudlaşdıracağından narahat idik. Belə davranış ABŞ-la Gürcüstanın münasibətlərini kökündən dəyişir. Məhz buna görə biz münasibətlərə yenidən baxmaq və Gürcüstana qarşı cavab tədbirlərini müzakirə etməyə başladıq”.
O, hələlik Gürcüstana fərdi sanksiyaların tətbiq edilmədiyini bildirib.
Qeyd edək ki, Gürcüstan xarici agentlər haqqında qanunu iyunun 3-də təsdiqləyib. Qanunun qüvvəyə minməsi üçün 60 gün lazımdır. Bu addım Qərb dövlətlərinin hamısının, Gürcüstan müxalifəti və QHT-lərinin narazılığına səbəb olur.
Əliyar Xəlil
Globalinfo.az













