AVRO-2024: İspanlar darmadağınla 1/4 finalda

İspaniya Gürcüstanı 4-1 məğlub etməklə növbəti mərhələyə yüksəldi.

***

Olmo 83-cü dəqiqədə ispanların dördüncü qolunun müəllifi oldu: 4-1.

***

Nikol Uiliyams 75-ci dəqiqədə İspaniyanın üçüncü qoluna imza atdı: 3-1.

***

Fabian Ruis görüşün 51-ci dəqiqəsində İspaniyanın ikinci qolunu vurdu: 2-1.

***

Rodri 39-cu dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

***

İspaniya millisinin üzvü Normand matçın 18-ci dəqiqəsində avtoqol müəllifi oldu: 0-1.

***

Avro-2024-də 1/8 final mərhələsi davam edir.

Globalinfo.az xəbər verir ki, İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşır.

“Rayn-Energi” stadionunda keçirilən oyunu fransalı referi Fransua Letekse idarə edir.