IMG 9363

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya edildiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, sədr müavini Fuad Qəhrəmanlı məlumat yayıb.

O bildirib ki, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib.

Hələ ki məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, Gültəkin Hacıbəyli bir müddət əvvəl Türkiyədə saxlanılmışdı.

O, İstanbulda yaşadığı ünvanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və daha sonra Arnavutköy deportasiya mərkəzinə aparılıb.

Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyev işi”ndə hallanırdı.

fb3e5439 1792 431c 8665 ea4481377d85

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: