Güllələnən baş nazirin son durumu açıqlandı

Mayın 15-də güllələnən Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Slovakiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazirin səhhəti getdikcə yaxşılaşır, vəziyyətin hər gün müsbət istiqamətdə inkişaf edəcəyinə inanırıq”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, mayın 15-də Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib. O, ilk məhkəmə iclasında sui-qəsd etdiyini etiraf edib.