Gəncədə avtomobil 2 yeniyetməni vurdu: ölən var 

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan NİVA markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü Ə.M.- ni və 2009-cu il təvəllüdlü İ.M.- nı vurub. Piyadalar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 2011-ci il təvəllüdlü Ə.M dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.