Gəncə, Zaqatala və Lənkərana təyyarə bileti – Yeni qiymət

Hava nəqliyyatı ilə Bakı-Gəncə /Gəncə-Bakı və Bakı-Zaqatala / Zaqatala-Bakı, Bakı-Lənkəran / Lənkəran – Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında əksini tapıb.

Qərara əsasən, sərnişindaşıma xidmətinin qiyməti Bakı-Gəncə /Gəncə-Bakı – 84 manat, Bakı-Zaqatala/Zaqatala-Bakı – 84 manat, Bakı-Lənkəran/Lənkəran – Bakı – 65 manat müəyyən edilib.