Futbol tarixinin ən yaxşı hakimi Azərbaycana gəldi

FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Azərbaycana gəlib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, italiyalı keçmiş hakimin ölkəmizə niyə səfər etdiyi hələlik bəlli deyil. AFFA-dan saytımıza bildirilib ki, Kollina Bakıya qurumun dəvəti əsasında gəlməyib.

Qeyd edək ki, məşhur sabiq referi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə, tarixin ən yaxşı hakimidir.