Futbol tarixinin ən bahalı transferi baş tutdu – İDDİA

“Real Madrid” PSJ-nin fransalı hücumçusu Kilian Mbappeni satın alıb.

Bunu Fransua Qallardoya istinadən jurnalist Xesus Karlos Martinez öz Tvitter səhifəsində yazıb.

Məlumata görə, “Real Madrid” hücumçu Kilian Mbappenin transferi ilə bağlı Paris Saint-Germain ilə razılığa gəlib.

“Artıq sövdələşmə yekunlaşıb, Madrid klubu fransalının transferi üçün 224 milyon avro, həmçinin bonus olaraq daha 56 milyon avro ödəyəcək. Bu, futbol tarixinin ən böyük transferidir.

Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədədir”.

Qeyd edək ki, ötən mövsüm 24 yaşlı oyunçu bütün turnirlərdə 43 oyun keçirib, 41 qol vurub, 10 məhsuldar ötürmə edib. Transfermarkt portalı Mbappenin bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.