Azərbaycan – Monqolustan matçı başa çatdı – YENİLƏNİB

Azərbaycan-Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşü başa çatıb.

Globalinfo.az xəbər verir ki, Bəhlul Mustafazadə 90+1-ci dəqiqədə hesabı açıb: Azərbaycan – Monqolustan 1:0. Beləliklə qarşılaşma millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

***

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Matçı türkiyəli referi Zorbay Küçükün rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

***

10:13

İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series – Edition 2024” layihəsi çərçivəsinA zərbaycan də bu gün ilk oyunlar keçiriləcək.

Globalinfo.az bildirir ki, Azərbaycan millisi birinci görüşünə çıxacaq.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustan seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, digər matçda Bolqarıstanla Tanzaniya üz-üzə gələcəklər. “Liv Bona Dea Arena”da təşkil olunacaq bu oyun saat 17:00-da başlayacaq.

“FIFA series – Edition 2024”

22 mart

20:00. Azərbaycan – Monqolustan

Baş hakim: Zorbay Küçük (Türkiyə)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu