Fransadan Ermənistana hərbi texnika göndərilir

“Fransa Ermənistana müdafiə təyinatlı hərbi texnika verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yönələn məsələləri müzakirə edəcəyik. Həmçinin Ermənistanda infrastrukturun inkişafına dəstəyi davam etdirmək niyyətindəyik. Eyni zamanda müdafiə sahəsində əməkdaşlığımız davam edir. Fransa “müdafiə məqsədli” hərbi texnikanın Ermənistana tədarükünə razılıq verib. Üstəlik, Fransa öz humanitar öhdəliklərini yerinə yetirərək Ermənistana 23 milyonluq (dram) yardım göstərib”, – deyə Makron vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az