Bakı keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.
Globalinfo.az bildirir ki, “Hıtech TGR”dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub.
Ötən gün “Formula 2″nin sərbəst yürüşündə “Rodin Motorsport” komandasından Aleks Dann, sıralama turunda isə “Dams Lukas Oil”dən Cek Krouford birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***14:45
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin sprint yarışında beş pilot mübarizəni dayandırıb.
Globalinfo.az bildirir ki, bu dəfə “Campos Racing”dən Xosep Maria Marti, “DAMS Lucas Oil”dən Kuş Maini və “Trident”dən Martinius Stenşorn uğursuzluqla üzləşib.
Daha əvvəl “MP Motorsport” komandasından Oliver Goethe, “Van Amersfoort Racing”dən Rafael Villaqomez mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***14:38
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində qəzalar olub.
Globalinfo.az bildirir ki, bəzi pilotlar sprint yarışının startında uğursuzluqla üzləşiblər.
“MP Motorsport” komandasından Oliver Goethe, “Van Amersfoort Racing”dən Rafael Villaqomez mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***14:22
Bakı keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saa 14:15-də start verilib.