“Formula 1”: Bakıdakı ilk sprint yarışının qalibi məlum oldu – YENİLƏNİB

“Red Bull Racing” komandasının pilotu Serxio Peres Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sprint yürüşünün qalibi olub.

Globalinfo.az xəbər verir ki, “Ferrari”nin pilotu Şarl Lekler yarışı ikinci, S.Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü pillədə başa vurublar.

***

Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində sprint yarışları başlayıb.

Globalinfo.az xəbər verir ki, günün son mübarizəsi saat 17:30-da start götürüb.

Daha əvvəl “Ferrari”dən Şarl Lekler “Sprint shootout”u ilk pillədə başa vurmuşdu. “Red Bull”dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen isə üçüncü sırada olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

***15:57

“Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb. 

Globalinfo.az xəbər verir ki, “Prema Racing”dən Oliver Bearman qalib olub.

Sonlara yaxın zərcirvari qəza olub və dörd pilot mübarizəni dayandırıb. Ümumilikdə 11 sürücü sonadək yarışa bilməyib.

***15:21

“Formula 2” üzrə Azərbaycan Qran-prisinin sprint yarışında üç pilot mübarizəni dayandırıb.

Globalinfo.az xəbər verir ki, “Van Amersfoort Racing” konandasından Riçard Verşur, “Campos Racing”dən Ralf Boşunq və “Rodin Carlin”dən Zeyn Meloni sıradan çıxıblar.

***15:04

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

Globalinfo.az xəbər verir ki, mübarizə təxminən bir saat davam edəcək.

Qeyd edək ki, ikinci dərəcəli pilotların yarışında ötən gün “Prema Racing”dən Oliver Bearman həm sərbəst yürüşdə, həm də sıralama turunda lider olub.

Bakıdakı yarış aprelin 30-da başa çatacaq.

***13:24

“Formula 1” üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsi başa çatıb. 

Globalinfo.az bildirir ki, “Ferrari”dən Şarl Lekler “sprint shootout”u ilk pillədə başa vurub.

Monakolu pilot ötən gün sıralama turunda da lider olmuşdu.

“Red Bull”dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen üçüncü sırada qərarlaşıb.

***13:10

“Formula 1” üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsində ikinci sessiya başa çatıb. 

Globalinfo.az xəbər verir ki, “Red Bull”dan Maks Ferstappen liderliyi ələ keçirib.

Bu dəfə “McLaren”dən Oskar Piastri, “Haas”dan Niko Hulkenberq, “Alpin”dən Esteban Okon və Hulkenberqin komanda yoldaşı Kevin Maqnussen yarışdan kənarda qalıblar.

***12:33

Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsi başlayıb.

Globalinfo.az xəbər verir ki, 12:30-da start götürən “Sprint shootout” üç sessiyadan ibarət olacaq.

Mübarizənin təxminən bir saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, “Formula 1″də əsas sprint yarışı saat 17:30-da başlayacaq.