Fikrət Məmmədova yüksək vəzifə verildi

Fikrət Məmmədova yüksək vəzifə verildi

Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi Milli Məclisdə səsverməyə çıxarılıb.

Globalinfo.az xəbər verir ki, onun təyinata namizədliyi Milli Məclisin spikeri Sahibə Qafarova tərəfindən təqdim edilib.

Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə Milli Məclisdə razılıq verilib.

Ayşən Mustafa
Globalinfo.az