Fəzail Ağamalı və xanımının səhhətində problem yarandı – FOTOLAR

Milli Məclisin deputatının səhhətində problem yaranıb.

Globalinfo.az manset.az-a istinadən xəbər verir ki, millət vəkili Fəzail Ağamalının səhhətində problem yaranıb. O, həkim yoxlanışından keçmək üçün C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutuna müraciət edib. Xəstəxanaya gedərkən deputatın həyat yoldaşı da onun yanında olub.

Müayinələrdən sonra Fəzail Ağamalı həyat yoldaşı ilə birlikdə xəstəxananı tərk edib.

Fəzail Ağamalı faktı təsdiq edib.

“Mənim də, yoldaşımın da səhhətimizdə problem yaranmışdı. Həkimə gedib yoxlanışlardan keçdik. Hazırda vəziyyətimiz stabildir”.