ferhad bedelbeyli

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətində dəyişiklik edilib.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, Milli Ensiklopediyasının redaksiya heyətinə yeni üzvlər təyin edilib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov  redaksiya heyətinin üzvləri təyin olunub.

AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru Arif Həşimov və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru Kərim Şükürov də redaksiya heyətində təmsil olunacaqlar.

Paylaş: