Fələstindən ÇAĞIRIŞ: “ABŞ dövlətimizi tanımalıdır”

“ABŞ Fələstin dövlətini tanımalıdır və münaqişənin iki dövlət prinsipi əsasında həlli ilə bağlı fikir səsləndirməyi dayandırmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Fələstin lideri Mahmud Abbasın köməkçisi Nəbil Əbu Rudeynə fikir səsləndirib.

O qeyd edib ki, ABŞ iki dövlətli həll prinsipi haqda danışmaqla öz missiyasını məhdudlaşdırmamalıdır:

“ABŞ səlahiyyətliləri Fələstin dövlətini tanımalıdır. Bununla yanaşı iki dövlətli həll yolundan danışmağı dayandırmamalıdır”, – deyə Rudeynə vurğulayıb.

Əliyar Xəlil,

Globalinfo.az