Fazil Mustafanın güllələnməsi ilə bu görüntünün əlaqəsi – ŞOK FOTO/VİDEO

***
10:22

Millət vəkili Fazil Mustafanın terror hücumuna məruz qalması ilə bağlı müzakirələr ölkənin əsas gündəmidir.

Globalinfo.az xəbər verir ki, ictimaiyyətdə F.Mustafaya sui-qəsdlə bağlı müxtəlif versiyalar dolaşır.

Bu prosesdə diqqətdən qaçan daha bir sensasion versiya üzərində düşünmək olar. Belə ki, bir neçə gün əvvəl Türkiyə və Ermənistan futbol yığmaları İrəvanda üz-üzə gəlmişdilər. Həmin oyunda erməni azarkeşlər stadionda “NEMEZİS” yazılmış iri pankartı oyun boyu nümayiş etdirmişdilər.

Xatırladaq ki, Nemezis əməliyyatı – ASALA erməni terror təşkilatının Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinə qarşı terror hücumlarının adıdır.

Məhz ermənilərin bir neçə gün əvvəl “nemezis” mesajı verməsi onların Azərbaycanın rəsmi şəxsinə, dövlət xadiminə hücumu məsələsi haqda fikir formalaşdıra bilər. Yəni mövcud vəziyyətdə bu versiyanı da göz önündə tutmaq olar. Şübhəsiz ki, hüquq mühafizə orqanları deputata sui-qəsddə “erməni izi” məsələsini də araşdıracaq. Lakin qeyd etmək yerinə düşər ki, hadisənin ermənilər tərəfindən törədilməsi çox zəif ehtimaldır. Belə ki, əgər bu olay erməni terror qruplaşmaları tərəfindən təşkil edilsəydi, hədəfdə Ermənistana qarşı daha barışmaz mövqe sərgiləyən şəxslər olardı və bununla rəsmi Bakıya mesaj verilərdi. Hücuma məruz qalan Fazil Mustafanın isə İrana qarşı barışmaz mövqe ortaya qoyduğu hər kəsə məlumdur.

İran amili versiyası hazırda daha güclüdür. Axar.az portalı da yazır ki, Fazil Mustafaya hücum üçün 28 mart tarixinin seçilməsinin təsadüf olmadığı iddia edilir. Belə ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 104-cü ildönümüdür. Məhz bu ildönüm zamanı edilən hücum da mesaj xarakteri daşıyır.

Daha bir iddia isə İsraildə səfirliyimizin binasının açılması ilə bağlıdır. Belə ki, XİN başçısı Ceyhun Bayramov bu gün İsrailə və Fələstinə səfərə yola düşüb. Onun 29 martda İsraildəki səfirliyimizin açılışında iştirak edəcəyi gözlənilir.

Bu hücumla İsraildəki səfirliyimizin açılmasına da “sürpriz” edilib. Sosial şəbəkələrdə hücumun arxasında İranın durduğu iddiası səslənməkdədir.

Həqiqət isə Azərbaycanın hüquq mühafizə orqanlarının araşdırmasından sonra məlum olacaq.

Tamerlan Yayaqan
Globalinfo.az