Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rənglərinə büründü – FOTO

İstanbulda şəhərin rəmzlərindən biri sayılan Fateh Sultan Mehmet körpüsü İkinci Qarabağ müharibəsində Zəfərin ildönümü, eləcə də Bayraq Günü münasibətilə Azərbaycan bayrağı rənglərində işıqlandırılıb.

Globalinfo.az xəbər verir ki, körpünün axşam saatlarında göy, qırmızı və yaşıl rəngli işıqlarla bərq vurduğu bildirilib.

Qeyd edək ki, Fateh Sultan Mehmet körpüsü Bosfor körfəzi üzərindən keçən ikinci asma körpüdür. O, İstanbulun Avropa və Asiya hissələrini birləşdirir. Körpünün uzunluğu 1510 metr, eni 39 m, dayaqların hündürlüyü sudan 165 m-dir. Yolun hərəkət hissəsindən suyun səthinə qədər məsafə isə 64 metrə barəbərdir.