Faktiki hava: bu ərazilərə 52 sm qar yağdı – VİDEO

Martın 25-i saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlıda yağış, Qrız, Şahdağ, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qusarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dağlanın hündürlüyü 2.6 metrə çatıb.

Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Lerik, Sumqayıtda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Naxçıvan MR-da 8, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub.

Bildirilir ki, Şahdağda qarın qalınlığı 52 sm-ə qədər artıb. Xızı rayonunun Altıağac qəsəbəsində isə, qatı duman müşahidə olunur.