Bakıda tarixi gün: polis gücləndirilmiş rejimə keçdi

 

Bu gün Azərbaycan klubları avrokuboklarda növbəti matçlarına çıxacaq: saat 20:00-da “Qarabağ” HİK-i, eyni saatda “Sabah” “Partizan”ı, 21:00-da isə “Neftçi” “Beşiktaş”ı qəbul edəcək. Oyunların Bakı və ətrafında keçirilməsi paytaxtda uzun tıxacın yaranacağı ilə bağlı narahatlıq doğurub.

Maraqlıdır, tıxacın qarşısının alınması üçün hansı addımlar atılacaq?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis mayoru Fuad Sultanov deyib ki, avtomobillərin hərəkətində heç bir problem yaşanmayacaq:

“Artıq qeyd olunan hər üç ünvanlar üzrə naryadlar ayrılıb. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq. Ümumiyyətlə, əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirəcəklər”.

Zaira Akifqızı
Globalinfo.az