vladimir zelenski

Ukrayna Kiyevin iştirakı olmadan aparılan danışıqların nəticələrini qəbul etməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Mən bunu tərəfdaşlarımıza çox açıq şəkildə bildirirəm. Ukraynaya aid istənilən mövzu bizim iştirakımız olmadan müzakirə edilərsə, biz onun nəticələrini qəbul etməyəcəyik”, – o qeyd edib.

Bundan başqa, prezident Donald Trampın ondan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə danışması faktının da xoş olmadığını deyib.

“Zəng öz yerində, hər şeyi başa düşürəm, amma bizim üçün prioritet görüşdür: Ukrayna-ABŞ görüşü”, – deyə Zelenski əlavə edib.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə 1,5 saat telefon danışığı aparıb, daha sonra isə Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: