Əsirlərin qaytarılmasında iki mühüm məsələ

“Azərbaycan və Ermənistan arasında razılaşmaya görə 32 erməni hərbçisi 2 azərbaycanlı hərbçi ilə dəyişdirilir. Say arasında böyük fərq olsa da, burada iki məsələ əhəmiyyətlidir”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O qeyd edib ki, ilk məsələ nə qədər hərbçinin qaytarılması, yaxud alınması yox, qarşılıqlı etimad mühitinin yaradılmasına dair razılaşmadır: “digər məsələ isə Ermənistanın əlində Azərbaycanın iki hərbçisi var və rəsmi Bakı üçün vacib olan nə qədər erməninin qaytarılması yox, öz hərbçilərinin azad edilməsidir”.

Politoloq qeyd edib ki, hərbçilərin adları açıqlanmasa da, onların azaraq Ermənistana keçən və vəhşicəsinə döyülən Hüseyn Axundovla Aqşin Bəbirovdur:

“44 günlük müharibə zamanı əsir düşən hərbçilərimizin hamısı qaytarılıb və son əsirlərimiz Hüseynlə Aqşin idi. Bakı bir azərbaycanlı hərbçi üçün 16 ermənini İrəvana təhvil verir və bununla Ermənistanda heç bir əsirimiz qalmır”.

Globalinfo.az