Əsgərlikdən gəlib imtahan verdi, 699.5 bal topladı

Lerikdə hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxs 699,5 bal toplayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Cənublu.az məlumat paylaşıb.

Bildirilib ki, rayonun Cəbrayıl Ağayev adına Biləvər kənd məktəbinin 2022-ci il məzunu Rasəf Həsənli I ixtisas qrupu üzrə iki mərhələnin cəminə görə 699,5 bal toplayaraq respublika birincisi adını qazanıb.