Ermənistanın təxribatlara əl atması gözlənilir – Sərhədimizdəki qüvvələrin “işarəsi”… / VİDEO


06:00

Prezident İlham Əliyev Zəfər parkının açılışında xalqa müraciəti zamanı Ermənistana və onun havadarlarına xəbərdarlıq edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycana qarşı növbəti işğalçı müharibəyə, təxribata cəhd edilsə, buna adekvat cavab veriləcək:

Bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər”.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ölkəmizə qarşı hər hansı təxribat olarsa, Ermənistanın cavabı kəskin şəkildə veriləcək.

Ətraflı videoda:

Safura Bənnayeva

Globalinfo.az