İrəvandan Kremlə zərbə: cavab sərt ola bilər – Xaçatryan

İrəvandan Kremlə zərbə: cavab sərt ola bilər - Xaçatryan

“Ermənistanın Roma Əsasnaməsini təsdiq etməsi Rusiyaya qarşı atılmış düşməncə addımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.

O, Moskvanı qarşısına alan İrəvanı nələrin gözlədiyi sualını belə cavablandırıb:

“Baş nazirin xanımı Anna Akopyanın Ukraynaya səfəri, Zelenski ilə görüşü yanlış addım idi. Nikol Paşinyanın səsləndirdiyi siyasi bəyanatlar da düşmənçilik niyyəti daşıyır. Rusiya Ermənistana qarşı istənilən şəkildə cavab verə bilər, menyu çox böyükdür. 2008-ci ildə Gürcüstanda baş verənləri xatırlayın. Onlar 15 il sonra anladılar ki, izlədikləri siyasi yol yanlışdır. Hazırda verilən qərarların cəzasını Ermənistan xalqı çəkəcək. Artıq Rusiyanın şərab daşıyan 60-a yaxın yük maşınını sərhəddən buraxmaması bunun başladığının göstəricisidir”.

Qeyd edək ki, Ermənistan parlamenti Roma Əsasnaməsinin ratifikasiyasını təsdiqləyib. Beləliklə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi halda həbs oluna bilər.

Ayşən Mustafa
Globalinfo.az