Ermənistanın Şirak vilayətində 3,6 maqnitudalı zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.
Qeyd olunub ki, ocağı 25,84 km dərinlikdə yerləşən zəlzələnin episentri Ermənistanın Türkiyə ilə həmsərhəd bölgəsində olub.
Ermənistanın yaydığı məlumatda isə bildirib ki, 3-4 maqnituda baş verən zəlzələnin ocağı Bavra kəndindən 17 km şimal-şərqdə yerləşib və Şirak vilayətinin Sarağyuğ, Bavra, Tavşut, Qazançı, Aşotsk kəndlərində, Lori vilayətinin Sarçapet, Paxxbyur kəndlərində hiss olunub.