Ermənistanda Hakan Fidan üçün hazırlıq başladı – VİDEO

Noyabrın 7-də Ermənistan-Türkiyə sərhədində iki ölkənin xarici işlər naziri Ararat Mirzoyanla Hakan Fidan arasında ikitərəfli görüş keçiriləcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Oragir” nəşri məlumat yayıb.

Nazirlərin sərhəddə yerləşən Marqara körpüsü ətrafında bir araya gələcəyi qeyd edilir. Ermənistanla Türkiyə arasında sərhədin iki nöqtədə açılmasının planlaşdırıldığı bildirilir. Birincisi, Marqara körpüsü, ikincisi Ermənistanın Türkiyəyə ən yaxın olan Şirak vilayətinin Axurik kəndi istiqamətində yerləşdiyi deyilir.

Məlumata görə, Axurik kəndi ətrafında ötən gündən etibarən ciddi təmizlik işləri aparılır. Hətta kənd camaatı baş verənlərə çox təccüblənib, ciddi bir şeyin olduğunun fərqindədirlər, lakin dəqiq məlumatları yoxdur.

Kəndin inzibati rəhbəri Marzpet Sərkisyan bunun adi təmizlik prosesi olduğunu deyib, lakin əhali başqa bir şey olduğunu iddia edir. Mirzoyanın noyabrın 7-də Fidanla görüş üçün helikopterlə buraya gələcəyi bildirilir.

Ayşən Mustafa
Globalinfo.az