Ermənistanda döyülən əsgərimizi müdafiə edən tapıldı, aqibəti belə oldu – VİDEO

“Dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının mühafizəsinin qətlində ittiham olunur”.

Globalinfo.az xəbər verir ki, bunu əsir düşən hərbçimizlə bağlı iddiaları şərh edən analitik Asif Nərimanlı deyib.

“Ermənilər iddia edirlər ki, mis-molibden zavodunda qətlə yetirilən mühafizəçinin telefonu azərbaycanlı əsgərin cibində tapılıb. Guya daha sonra əsgərimiz qətli törətdiyini “etiraf edib”.

“Aravot” nəşri isə bu iddianı təkzib edən məlumat yayıb. Nəşr yazır ki, qətlə yetirilən mühafizəçinin telefonu iş yerindən uzaqda – Xotanan qəsəbəsində, magistral yolun yaxınlığında tapılıb. Nəşrin bu məlumatı digər erməni saytları tərəfindən “saxta xəbər” kimi tirajlanıb. Lakin “Aravot” nəşrinin bu informasiyası azərbaycanlı əsgərin “qətl törətdiyi” iddiasının erməni mənbəsi tərəfindən təkzib edilməsi deməkdir.

Ermənistanın məqsədi əsgər Hüseyn Axundovu qətl ittihamı ilə həbs etmək, müharibədən sonra Qarabağda saxlanılan və Bakıda həbsdə olan ermənilərlə dəyişdirməkdir”, – deyə Asif Nərimanlı bildirib.