Ermənistanda ABŞ hərbi bazaları yaradılır? – Kremldən reaksiya

“ABŞ-ın Ermənistanda hərbi bazalarının peyda olacağı imkanları barədə fikir yürütmək hələ tezdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

Qeyd edək ki, bundan öncə İrəvanda ABŞ-Ermənistan strateji dialoqu keçirilib. Dialoq çərçivəsində tərəflər təhlükəsizlik çərçivəsində əməkdaşlığı artırmaq barədə razılaşıblar. Bununla belə, Ermənistan mətbuatında Rusiya hərbi bazasının ABŞ-la əvəzlənməsinə dair iddialar yayılıb.

Rusiyanın Ermənistandakı hərbi bazası Gümrüdə yerləşir. Tərəflər arasında 2010-cu ildəki razılığa əsasən, Rusiya bazası Ermənistanda 2040-cı illərə qədər qalmalıdır. Moskvanın həmçinin 102-ci bazaya tabe olan hərbi hava eskadriliyası da Ermənistanda mövcuddur. O, Erebuni hava limanında yerləşir.

Əliyar Xəlil
Globalinfo.az