Paşinyana bu əraziləri təklif etdik, razılaşmadı – Putin

Rusiya Prezidenti Vladimir Putin Ermənistanla münasibətlərdə hər hansı dönüşün olduğuna inanmadığını bildirib.

Globalinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya lideri Ermənistanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını deyib.

“Biz nə baş verdiyini görür və anlayırıq. Bu haqda deyiləcək çox şey var. Biz uzlaşma variantlarımızı təklif etmişdik. Ermənistan yeddi rayonu nəzarətdə saxlayırdı, biz Azərbaycanla elə bir razılaşma əldə etməyi təklif etdik ki, iki rayon – Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın və bütün Qarabağın (separatçıları deyir – red.) yurisdiksiyasında qalsın, amma Ermənistan rəhbərliyi bununla razılaşmadı. Halbuki biz uzun müddət Ermənistan rəhbərliyini razı salmağa çalışdıq. “Nə edəcəksiniz” deyə soruşduqda bizə cavab verdilər ki, döyüşəcəyik. Olsun. Nəhayət, hər şey indi yaranmış vəziyyətə gəlib çıxdı”, – Putin vurğulayıb.