Ermənistan sərhəddə genişmiqyaslı təxribat törədəcək – “Gözləyirlər ki…”

Münhendə keçirilən ikitərəfli görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması baxımdan müsbət proses hesab edilir. Bir çox ekspertlər görüşdən sonra pozitiv açıqlamalar verirlər, lakin danışıqların Qərb platformasına yönəlməsi suallar yaradır.

Maraqlıdır, danışıqlar Qərbdə davam etsə, Rusiya sərhəddə, ya da başqa formada təxribata əl ata bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Ermənistanla Azərbaycan arasında danışıqların yenidən Qərbdə başlaması Rusiyanı narahat etməyəcək:

“İndiki halda danışıqların Qərbdə davam etməsi, onu deməyə əsas vermir ki, sülh müqaviləsi burada imzalancaq. Rusiyalı rəsmilərin çıxışlarından da aydın görünür ki, Kremli narahat edən əsas məqam Ermənistan Baş naziri Nikol Paşinyanın mövqeyidir”.

Politoloq bildirib ki, Rusiyanın vasitəçiliyi Azərbaycanı narahat etmir:

“Hətta Kremlin vasitəçiliyi rəsmi Bakı üçün məqbuldur. Ermənistan üçün isə belə deyil. İndiki halda danışıqlar Qərbdə davam etsə, Rusiya buna reaksiya verməyəcək. Lakin danışıqlar yekun sülh müqaviləsinin imzalanması mərhələsinə çatarsa, Rusiya sərhəddə təxribatların baş verməsi üçün düyməyə basacaq”.

Turan Rzayev
Globalinfo.az