Ermənistan Qərbə yox, Türkiyəyə tərəf yönəlib – Saqatelyan

“Ermənistanın xarici siyasət vektoru Qərbə yox, Türkiyəyə tərəf yönəlib”.

Globalinfo.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyan deyib.

“Bizə deyirlər ki, heç bir müttəfiqimiz yoxdur. Deyirlər ki, ənənəvi müttəfiqlərimiz bizi tərk edib, tək qalmışıq. Ona görə də yeni müttəfiqlər qazanmaq üçün ölkənin xarici siyasət vektorunu dəyişirik. Amma onlar yalan danışırlar”.

Saqatelyanın sözlərinə görə, Ermənistanın indiki hakimiyyəti siyasi vektoru Qərbə yox, Türkiyəyə tərəf dəyişir.

“Hesab edirik ki, regiona yeni oyunçular gətirməyə və ölkəni macəralara doğru aparmağa dəyməz. Biz Ermənistana geosiyasi münaqişələr gətirməməliyik. İnanırıq ki, bizim strateji müttəfiqimiz olan İranla çoxlu imkanlarımız var”, – deyə Saqatelyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az