“Regionda baş verən eskalasiya zamanı Moskva və KTMT-nin Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” televiziyasına müsahibəsində deyib.
Rusiya XİN sözçüsü Bakı və İrəvan arasındakı vəziyyətin Qərbin regionda təsir imkanlarından asılı olduğunu bildirib:
“İrəvan Qarabağ məsələsində NATO-nun təsiri altında qərar verib. Rusiya və KTMT-nin Ermənistana kömək etmədiyinə dair məlumat yayanlar yalan danışırlar.
Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. Ermənistanla Azərbaycan arasında yeni eskalasiya İrəvanın Aİ, ABŞ və Britaniyanın regiona nə dərəcədə təsir göstərməsinə imkan verəcəyindən asılıdır”.
Ayşən Mustafa
Globalinfo.az