ermenistan parlamenti

İran, Rusiya, eləcə də Avropa Ermənistana çəpəki baxmağa başlayıblar.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin bugünkü iclasında müxalif deputat Artur Xaçaturyan deyib.

O, Ermənistan rəhbərliyinin hər kəslə münasibətləri korladığını bildirib. Xaçaturyan Paşinyan administrasiyasının Ermənistanın müttəfiq ölkələrlə də münasibətlərini pozduğunu qeyd edib:

“Paşinyanın “silah gətirməyə pul var, amma biz onu gətirə bilmirik” deməsinin səbəbi budur. Lavrovun son bəyanatı isə göstərir ki, Rusiya ilə münasibətlərimiz çox gərgindir”.

Xaçaturyanın nitqi iqtidar deputatlarının narazılığına səbəb olub. Spiker Alen Simonyan ona müraciət edərək, “sizə qulaq asdıqdan sonra hər şeyi doğru etdiyimizi başa düşdüm” cavabını verib.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: