Ermənistan bu əraziləri minalarla çirkləndirib – Prezidentin köməkçisi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində demək olar ki, hər qarış torpaq işğal illərində Ermənistan tərəfindən minalarla çirkləndirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

“ANAMA-nın təqdim etdiyi fotolarda zərərsizləşdirmə tələb olunan minalar sarı çubuqlarla işarələnib”,-o qeyd edib.