Erməni ordusu İran raketləri və PUA-ları ilə hücum edib – ŞOK

Erməni ordusu İran raketləri və PUA-ları ilə hücum edib - ŞOK

***
18:22

Ermənistan Silahlı Qüvvələri Laçın istiqamətində hazırda davam edən atışma zamanı Azərbaycan hərbçilərinin mövqelərinə İranın zenit-raket komplekslərindən istifadə elə atəş açıb.

Bu barədə İctimai Televiziya məlumat yayıb.

Ermənistan ordusu artıq artilleriya tətbiq edir və havaya PUA-lar qaldırıb.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Caliber” özəl mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Ermənistan ilk dəfədir İran PUA-larından istifadə edir.

Xatırladaq ki, İranın Ermənistanı həm də PUA ilə təmin etdiyi haqda xeyli müddətdir iddialar yayılır. Ermənistan korpus komandirinin hadisə yerində olması və yaralanması, eyni zamanda insident baş verən kimi PUA-lar qaldırması təsadüfi deyil.

Ermənistan hərbçiləri Dığ kəndi yaxınlığında Ordumuzun əsgərlərinə qarşı təxribat törədib. Şəhid və yaralılarımız var.

Hazırda Ordumuz cavab tədbirləri görür.