Ukrayna İran dronları ilə vuruldu

 

Rusiya qoşunları ötən gecə səhərə kimi İran istehsalı olan kamikadze-dronlarla Ukraynaya hücum edib.

Globalinfo.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Feysbuk hesabında qeyd edilir.

Rusiyalı hərbçilərin ölkənin şimal və qərb bölgələrində 14 ədəd “Şahed” tipli PUA-dan istifadə etdikləri bildirilir. Onların 11-i Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Hücumlar nəticəsində Xmelnitski vilayətində bir nəfər həlak olub, dörd nəfər yaralanıb.

Yaşayış evləri zərər çəkib. Yanğınların söndürülməsi istiqamətində işlər davam edir.