Qarabağda yaşayan separatçıların artıq resursları tükənmək üzrədir.
Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların saxta “dövlət naziri” Qurqen Nersisyan danışıb.
O bildirib ki, bütün sistem qənaət rejiminə keçməlidir. Buna səbəb isə Ermənistan-Azərbaycan sərhədindən baş vermiş son “hadisələr” (erməni təxribatı – red.) göstərilib.
Hazırda ən böyük problemi yanacaq baxımından yaşadıqlarını deyən Q.Nersisyan fiziki şəxslərə yanacaq satışının dayandığını vurğulayıb. O, həmçinin yanacaq üçün yerli “özünüidarəetmə orqanlarına” müraciət etməyin mənasız olduğunu qeyd edib.
Erməni mənbələri Ermənistanın ordusunun sərhəddəki hərbi hissələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsinin Xankəndidəki separatçıları da təşvişə saldığını yazıb.
Tahir Turan
Globalinfo.az














