Erməni kilsəsi “Rubikonu keçdi” – Qalstanyan qurban verilir?

Erməni kilsəsi "Rubikonu keçdi" - Qalstanyan qurban verilir?
“Bu, kilsənin deyil, Baqrat Qalstanyanın hərəkatıdır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni arxiyepiskop Mikayıl Adjapaxyan deyib.

“Mən əvvəldən demişəm ki, bu, kilsə yox, Baqrat Srbazanın hərəkatıdır. Onu isə bəzi din xadimləri dəstəkləyir, bəziləri bitərəf qalıb, bəziləri isə qarşı çıxırlar. Beləliklə, bu, kilsənin hərəkatı deyil”, – arxiyepiskop bildirib.

Adjapaxyanın açıqlaması fonunda Ermənistanın hökümətyönlü mediası bunu kilsənin Qalstanyandan imtinası kimi təqdim edib. “Baqramyan 26” Teleqram kanalı isə katalikos II Qaragenin məsuliyyətdən qaça bilməyəcəyini və artıq “Rubikonun keçildiyini” (geri dönüşü olmayan addım – red.) yazıb.

Əliyar Xəlil
Globalinfo.az